Geyim mağazaları bu gündən yerində xidmətə başladı — VİDEO

SOSİAL 10 avq 2020, 23:14
Geyim mağazaları bu gündən yerində xidmətə başladı - VİDEO
 
Artıq bu gündən etibarən bir çox müəssisələrlə yanaşı, geyim dükanlarında da böyük bir canlanma müşahidə olunur.
 
 
Demokrat.az-ın məlumatına görə, uzun müddətdir ki, onlayn xidmət göstərən bu sahələr artıq qapılarını müştərilərinin üzünə açıblar. Alıcılar isə yenidən yerində xidmətdən yararlanaraq çoxdan gözlədikləri alış-veriş məşğuliyyətlərinə başlayıblar.
 
 
Baku TV xəbər verir ki, yerində xidmət pandemiyanın qaydaları çərçivəsində, tibbi maskadan istifadə və ara məsafə saxlamaqla həyata keçirilir. Mağaza sahibləri bildirir ki, yay aylarında mağazaların fəaliyyəti məhdudlaşdırıldığından daha çox bu mövsümün geyimlərinə üstünlük verilir. Amma bununla yanaşı, payız geyimləri tələb edən istehlakçılar da az deyil.
 
 
Baku TV əməkdaşları da mağazalarda olub, vəziyyəti müşahidə ediblər:
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top