Kamil Babayev vəfat etdi

SOSİAL 08 avq 2020, 23:00

AzTV-nin keçmiş əməkdaşı Kamil Babayev vəfat edib.

 
Demokrat.az xəbər verir ki, o, avqustun 8-i infarkt keçirib. Həkimlərin bütün  səyinə baxmayaraq, Babayev gecə saatlarında İstanbul şəhərində dünyasını dəyişib.


Qeyd edək ki, Kamil Babayev 1947-ci ildə anadan olub. O, uzun illər (1963-2008) AzTV-də çalışıb. K. Babayev orada əvvəl işıqçı, səs rejissoru daha sonra isə kinooperator kimi fəaliyyətini davam etdirib.  Babayev dəfələrlə cəbhə böələrində, Xocalıda çəkilişlərdə iştirak edib. O, 2008-ci ildən Türkiyənin İstanbul şəhərində yaşayırdı.(ölkə.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top