Livanın baş naziri erkən parlament seçkiləri keçirməyi təklif etdi

DÜNYA 08 avq 2020, 21:55

Livanın baş naziri Həsən Diyab etirazçılara müraciət edib.


“Report” xəbər verir ki, bu barədə “Əl-Mayadin” televiziyası məlumat yayıb.


Hökumət başçısı müraciətində böhrandan çıxmaq üçün erkən parlament seçkilərinin keçirilməsini təklif edib.


“Hökumətin növbəti iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini təqdim edəcəyəm. Hökumət milli qərar hazırlamaq üçün iki ay hakimiyyətdə qala bilər”-deyə, o bildirib.


Diyab, avqustun 4-də Beyrutda baş vermiş partlayışın korrupsiya ilə əlaqədar olduğunu qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top