"Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır"

SOSİAL 08 avqust 2020, 12:30

“Azərbaycanda kütləvi informasiya vasitələri əməkdaşlarına ezamiyyə vərəqəsini tez vermək üçün lazımi prosedura malik olmalıdır”.

 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

“Yarım saata ezamiyyə vərəqəsi yazıb müxbirə vermək olar ki, o hansısa hadisəni işıəqlandırmağa gedə bilsin. İnanıram ki, yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”, - deyə o, qeyd edib. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top