Gürcüstandan daha 107 vətəndaşımız təxliyyə olunur

SOSİAL 08 avqust 2020, 10:27

Bu gün Gürcüstandan daha 352 nəfər Azərbaycana təxliyə olunacaq.


Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.


Bildirilib ki, təxliyə edilənlərdən 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.


Onlar ötən gün Tbilisidəki klinikalardan birində PCR testlərindən keçirilib və bütün test cavabları neqativ olub.


Təxliyə olunanlar saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.


Onların Azərbaycanda karantinə alınmayacağı bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top