"Paşinyanı BMT tribunasına təlxəklik etmək üçün buraxmışdılar" — Bayram Səfərovdan AÇIQLAMA

SİYASƏT 27 sen 2018, 15:58

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında Dağlıq Qarabağla bağlı səssəm çıxışlar etməsinə münasibət bildirib.


B.Səfərov "Ölkə.Az"a açıqlamasında deyib ki, Nikol Paşinyanı BMT tribunasına buraxanlar ciddi səhvə yol veriblər:


"Nikol Paşinyan nə danışdığını özü də anlamır. Ağılına gələni səy-səy danışır. Onu BMT tiribunasına buraxanların səviyyəsi elə bu qədərdir. Paşinyanı BMT tribunasına təlxəklik etmək üçün buraxmışdılar".


İcma rəhbəri qeyd edib ki, Azərbaycan nə yolla olursa-olsun, öz torpaqlarını işğaldan azad edəcək:


"Biz torpaqlarımızı işğaldan azad etməliyik. Bunun ayrı yolu yoxdur. Bu yol sülhlə, silahla və ya danışıqlarla olacaq, dəqiq bilmirəm, amma azad olunacaq. Möhtərəm Prezidentimiz İlham Əliyev dünya siyasətçiləri arasında nümunəvi siyasət yürüdür. Yəqin ki, bir gün cənab Prezidentin də səbr kasasının daşan vaxtı olacaq. Cənab Prezident hər dəfə vurğulayır ki, Azərbaycan sülh və əmin-amanlıq istəyir. Hələlik biz sülh danışıqlarını seçmişik. Möhtərəm Prezidentimiz İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlar isə hər bir azərbaycanlı üçün qanundur. Qanında kişiliyi, namusu, qeyrəti olan hər bir adam cənab Prezidentin əmrlərinə əməl etməlidir. Çünki möhtərəm Prezidentimiz və ailəsi bu dövlət, Vətən üçün can qoyur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top