Elnarə: "Nə tez məni xalq düşməni etdiniz?"

ŞOU-BİZNES 05 avq 2020, 21:58

“Səhər açılandan bütün həkim dostlarım və həkim qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?! Əvvəlcə heç nə anlamadım və məsələnin instagram səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Və məlum oldu ki, gecə ilə mənim instagram səhifəm hack olunub”.


Bu sözləri müğənni Elnarə Xəlilova öz feysbuk səhifəsində yazıb. Sənətçinin sözlərinə görə, gecə ərzində onun adından tək həkimlərə yox, hər kəsə neqativ şərhlər yazıblar.


“Mən də bunun qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara PR olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım. İndi isə bir daha hamınızın bilməyini istəyirəm. Günlərdir yaxşı həkimlərimizin sitat və səhifələrini paylaşıram, onların ünvanına gözəl sözlər yazıram, təşəkkür edirəm, bəs niyə bunları “manşet” etmirdiniz? Bir ağıldankəmin yazdığı neqativ şərhləri nə tez başlığa çevirdiniz? Heç mən olmadığımdan şübhə etmədinizmi? Nə tez məni xalq düşməni etdiniz? (“Qafqazinfo”)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top