Deputat: "Koronavirusa yoluxma Ermənistan ordusunu zəiflədir"

SOSİAL 04 avq 2020, 13:20

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunun şəxsi heyətində sürətli şəkildə koronavirusa yoluxma halları artmaqdadır. Orduda acınacaqlı durum, əsgərlərin koronavirusa yoluxmasının geniş yayılması ölkədə ciddi narahatlıq yaradıb.


Demokrat.az bildirir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə deyib ki, bu hal sürətli yayılarsa, Ermənistan ordusuna ciddi təsirlərini göstərəcək. Millət vəkili bildirib ki, koronavirusa yoluxma hallarının yayılması Ermənistan orudusunun zəifləməsinə mütləq ki təsir edəcək.


“Tək koronavirusla deyil, Ermənistan ordusunun bir çox problemləri var. Onların içərisində ordunun az maliyyəşməsi, müasir silahların olmaması, eyni zamanda, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərin olması kimi kifayət qədər səbəblər var. Həmçinin, Ermənistanın sosial şəbəkələrindəki yazılardan da görünür ki, Ermənistan əsgəri başqa bir dövlətin torpağında qulluq çəkdiyinin hər halda fərqindədir. Ermənistanın döyüş qabiliyyətini və resurslarını elə də qiymətləndirməzdim. Bu başqa məsələdir ki, Ermənistanın arxasında bir sıra xarici dairələr dayanır, məhz buna söykənərək Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayır. Ara-sıra həm cəbhə, həm sərhəd xəttində baş verən hərbi qarşıdurmada Azərbaycan ordusunun üstünlüyü göz önündədir. Lakin koronavirusun geniş yayılması isə ümumilikdə Ermənstan dövlətinin fövqəladə vəziyyətə hazır olmadığını göstərdi. Koronavirusla mübarizə güclü dövlət, güclü sosial-siyasət, əhalinin problemlərininin həlli üçün maddi ehiyata malik olmaq nəzərdə tutur ki, bunlar isə Ermənistanda heç də yüksək səviyyədə deyil. Ermənistan orudusunda koronavirusa yoluxma hallarının sürətlə yayılmasının orudunun zəifləməsinə də müəyyən təsirləri var. Hər milyon nəfərə düşən xəstə sayına görə Ermınistan ön sıralardadır. Orduya gəlincə, ordunun tərkibi hər 3 aydan bir dəyişir və istər istəməz cəmiyyətdə olan problemlər və xəstəliklər eyni zamanda, orduda da özünü göstərir. Əgər Ermənistan cəmiyyətində bu gün koronavirus xəstəliyi sürətlə yayılırsa, əlbəttə ki, bunun Ermənistan ordusuna da ciddi təsirləri olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top