Belə davam edərsə koronavirusa qalib gələ bilərik — VİDEO

SOSİAL 04 avq 2020, 09:16

Müsbət tendensiya bir neçə gündür ki, davam edir. Virusa yoluxanların sayı artıq 500-dən aşağı düşüb. Dövlətin gördüyü tədbirlər nəticəsində artıq bir neçə gündür ki, müsbət dinamikanı müşahidə edirik. Statistikadakı rəqəmlərin daha da aşağı enməsini istəyiriksə, karantin rejimində yumşalmalar olduqdan sonra da qaydalara əməl etməliyik.


Dövlət tərəfindən atılan addımlar, məhdudlaşdırıcı tədbirlər, hər ötən gün öz nəticəsini verir. Say azalmağa doğru gedir.


Müşfiq Məmmədli – millət vəkili: "Bu addımlar ondan ibarət idi ki, həm səhiyyə sisteminə əlavə qüvvələrin cəlb olunması digər xəstəxanaların o cümlədən də modul tipli xəstəxanaların bu işdə çox mühüm rolu oldu.


Daxili imkanlarımızı səfərbər edərək həkimlərimizin tibb işçilərimizin bu işə cəlb olunması istər TƏBİB, istərsə Səhiyyə Nazirliyi, istərsə də operativ qərargahın təminat və təchizat baxımından atdığı addımlar, ölkə rəhbərinin çevik reaksiya verməsi və əlavə imkanların səfərbər olunması bizim hal hazırdakı nəticəmizin əldə olunmasına gətirib çıxarır".


Karantin rejimində yumşalmalardan sonra isə vəziyyət dəyişdi. Vətəndaş məsuliyyətsizliyi səbəbindən müsbət dinamikada mənfiyə doğru dəyişikliklər müşahidə olundu. Buna görə də dövlət karantin rejimin sərtləşdirilməsi rejiminə keçmək məcburiyyətində qaldı.


Nəticə isə göz önündədir. Bir müddət 500-dən aşağı enməyən say artıq bir neçə gündür 200-ə düşüb.


Müşfiq Məmmədli – millət vəkili: "Digər ölkələrə baxsaq istər avropa ölkələrinin bəzilərində hətta belə bəyanatlar verilirdi ki, biz artıq koronavirusa qalib gəldik. Ancaq bu bəyanatlar verildikdən 10-15 gün sonra bir qədər tədbirlər yumşaldıqdan sonra yenidən xəstəliyin artımı bəzən də bölgəsəl olaraq xəstəliyin dinamikasının artımı müşayət olundu. 05:33 Ona görə də biz hissəli şəkildə dövlətin ölkə rəhbərliyinin atdığı addımlara riayət etdikcə biz müşahidə edirik ki, xəstələrin sayında kəskin azalma müşahidə olunur və artıq proses idarə olunan səviyyəyə gəlir".


Ölkə vətəndaşlarının səbr və təmkinli davranışı, karantin qaydalarına riayət etmələri, fərdi məsuliyyət və dövlət tərəfindən görülən işlər nəticəsində ölkəmizdə müsbət dinamikanın davamı qaçılmazdır. Bu tendensiya isə özlüyündə qaydaların daha da yumuşaldılmasına səbəb olacaq.(baku.ws)

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top