Vaqif Əsədovdan ləğv olunan cərimə ilə bağlı — AÇIQLAMA

HADİSƏ 03 avq 2020, 20:18

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantin rejimi qaydalarını pozduğu üçün vətəndaşa yazılan cəriməni Quba Rayon Məhkəməsinin ləğv etməsi ilə bağlı açıqlama verib.

 

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Quba sakini Həmzəyev Telman Həmzəli oğlu iyulun 6-da Suraxan rayonu ərazisində karantin qaydalarını pozduğu üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb:

 

“O, 90-AL-082 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobillə icazəsi olmadan hərəkət etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddə ilə məsuliyyətə cəlb edilib. Ona tərtib edilən protokolla əlaqəli inzibati xətanın tördildiyi ərazidə baxılması nəzərdə tutulub. Lakin vətəndaş yaşayış yeri üzrə müraciət edib. Həmin müraciətə 29 iyul tarixində baxılıb, onun iddiası qismən təmin edilib və işə yenidən baxılması üçüb Dövlət Yol Polisinə göndərilib. Ona yazılan cərimənin ləğv edildiyi doğru deyil. Onun icazəsinin olub-olmadığı barədə bizə məlumat göndəriləcək və yenidən işə baxılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top