"Azərbaycan koronavirus dərmanının tapılması üçün tədqiqat aparacaq"

SOSİAL 03 avq 2020, 18:01

Azərbaycanda yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə üçün elmi tədqiqatlara start verilib.


“MediaPost” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Guo Min ilə görüşündə bildirib.


TƏBİB rəhbəri deyib: “Ölkə rəhbərliyinin göstərişinə əsasən biz əhali arasında xəstəliklə bağlı müəyyən tədqiqatlara başlayırıq. Yəni, seroloji testlər aparılacaq və onların nəticələri analiz olunacaq. Eyni zamanda, Çində aparılan tədqiqatlarla bağlı məsələni də müzakirə etmək imkanımız olacaq. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək. Bundan başqa, çox vacib elmi istiqamətlərdən biri vaksinasiya məsələsidir. Dünyanın bir çox ölkələrində, o cümlədən Çində COVID-19 xəstəliyinə qarşı vaksin hazırlanmasına dair elmi tədqiqatlar aparılır. Ölkəmiz də tədqiqatlara daxil olmağı və prosesdə iştirak etməyi planlayır. Bunun hansı istiqamətdə və necə olacağı planlaşdırılacaq, güman edirik ki, istər diaqnostik, istər müalicə, xəstəliyin lokasiyası, istərsə də gələcəkdə konkret olaraq dərman tapılması istiqamətində aparılacaq tədqiqatlar baxımından ölkəmiz proseslərdə fəal iştirak edəcək. Bizim bu məqsədlə elmi komitəmiz fəaliyyət göstərir. Komitənin üzvləri də kifayət qədər peşəkar mütəxəssislərdir və daim xarici həmkarlarla fikir mübadiləsi aparırlar. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək”.


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top