"Sədərək" ticarət mərkəzi fəaliyyətini bərpa edir

SOSİAL 03 avq 2020, 15:58

"Operativ Qərargahın qərarını gözləyirik".

 

Bunu "Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim avqustun 5-də ticarət mərkəzinin açılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

 

"Düşünürəm ki, bu günə dəqiq məlumat verilər. Biz də gözləyirik ki, bazar açılsın. Yoluxma sayı azalıb, sağalanların sayı artıb. Böyük ehtimalla çox sahələr açılacaq, eləcə də "Sədərək" ticarət mərkəzi. 

 

Qeyd edək ki, iyunun 20-dən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Operativ Qərargah ölkədə sərt karantin rejimi tətbiq edib. Həmin qərara görə, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.(qaynarinfo.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top