İnstaqram Madonnanın koronavirusla bağlı paylaşımını sildi — Pop-ulduzdan ŞOK AÇIQLAMA (FOTO)

ŞOU-BİZNES 30 iyl 2020, 18:48

İnstaqram 15 milyon izləyicisi olan pop-ulduz Madonnanın paylaşdığı bir videonu silib. Sosial şəbəkəyə görə həmin paylaşımda koronavirus və onun müalicəsi ilə bağlı yalan və çaşqınlıq yaradan məlumat yer alıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Videoya şərh yazan müğənni Covid-19 peyvəndinin uzun müddətdir ki, mövcud olduğunu iddia edib, ancaq onun insanlardan "zənginlərin daha da zəngin olması" üçün gizlədildiyini bildirib. 


Həqiqət hamımızı azad edəcək" deyən Madonna İnstaqramda bunları yazıb:


"Bəzi insanlar həqiqəti eşitmək istəmirlər. Xüsusilə, uzun müddətdir hazırlanan peyvənddən böyük pullar qazanmaq niyyətində olan hakimiyyət sahibləri. Axı vaksin bir neçə aydır mövcuddur. Lakin həmin şəxslər varlıların daha da varlanmasını, yoxsulların və xəstələrin daha da pis vəziyyətə düşməsini daha üstün tuturlar.

 

No description available.

No description available.

 

Zamiq

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top