“WhatsApp” yeni funksiyasını istifadəyə verəcək

MARAQLI 24 iyl 2020, 10:03

“WhatsApp” messenceri tezliklə istifadəçilərə bir hesabı eyni anda dörd cihazda istifadə etməyə imkan verəcək.


Qazet.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb


Funksiya istifadəyə verildikdən sonra tətbiqin interfeysində yeni bir element – “Əlaqəli cihazlar” görünəcək. Beləliklə, profili digər smartfon və ya kompüterlə əlaqələndirmək mümkün olacaq.


Ümumilikdə, istifadəçilərə “WhatsApp”a eyni anda 4 fərqli cihazdan daxil olmaq imkanı yaradılacaq.


Bundan əlavə, tərtibatçılar axtarış funksiyasını təkmilləşdirirlər. İstifadəçilər hər hansı bir mesajı axtardıqları zaman onun növünü (fotoşəkil, video, link, GIF, audio və sənədlər) süzgəcdən keçirə biləcəklər.


Hər iki funksiya hazırda inkişaf mərhələsindədir. Onların istifadəyə verilmə tarixi hələ ki, məlum deyil.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top