Gürcüstanda azərbaycanlıların yaşadığı 3 kəndin təcrid olunacağı gözlənilir

DÜNYA 22 iyl 2020, 14:32

Gürcüstanda azərbaycanlıların yaşadığı 3 kənd - Qaracalar, Qaratəhlə və Ağtəhlə ağırlaşan epidemioloji vəziyyətlə bağlı tam təcrid oluna bilər.
 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
 

Onun sözlərinə görə, Qaracalar və Qaratəhlə kəndində koronavirusa 34 yoluxma halı təsdiqlənib.
 

Mərkəz rəhbəri qeyd edib ki, üç kənddə 7 minə yaxın sakin yaşayır və onların 10%-nin COVID-19-a yoluxduğu ehtimal olunur.
 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top