Pənah Hüseynin 83 yaşlı əmisi könüllü orduya yazıldı — FOTO

MARAQLI 19 iyl 2020, 19:47

Sabirabad rayon Qaraqaşlı kənd sakini, 1937-ci il təvəllüdlü Tofiq Hüseynov könüllü orduya yazılıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Belə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində qeydiyyatdan keçib. 83 yaşlı T. Hüseynovun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla və rəğbətlə qarşılanıb.

 

O, Kuba, Vyetnam və Rusiya hərbi hissələrində 3 il 8 ay təcrübə qazanıb. Tofiq Hüseynovun 48 il müəllim stajı da var. T.Hüseynovun oğlanları və nəvələri də könüllü şəkildə orduya yazılıblar.

 

Bu haqda oğlu Mansur Hüseyn özünün "Facebook" hesabında məlumat və fotolar paylaşıb.

 

Qeyd edək ki, Tofiq Hüseynov Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin əmisidir. (Musavat.com)

 

No description available.

No description available.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top