Koronavirusa yoluxma rekord həddə çatdı

DÜNYA 19 iyl 2020, 09:07

Son 24 saat ərzində dünyada 260 min insan koronavirusa yoluxub. 

 

RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilib ki, bu rəqəm bir gün əvvəl qeydə alınan rekord göstəricini (238 min) yeniləyib. 

 

Son sutka ərzində dünyada yeni virusdan ölənlərin sayı isə 7 360 nəfər olub.

 

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 138 milyonu keçib, onlardan 593 mini ölüb. 

 

Yoluxma halları daha çox Amerika materikində müşahidə edilib. ( APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top