Fransada XV əsrə aid katedral yandı

DÜNYA 18 iyl 2020, 23:58

Fransanın Nant şəhərində əsası 1434-cü ildə qoyulmuş Sent Pyer və Sent Pol katedralında yanğın baş verib.


“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə Fransanın “20 Minutes” nəşri məlumat yayıb.


Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Xəsarət alanlar və yanğının səbəbləri barədə hələlik məlumat yoxdur.


Nəşrin yazdığına görə, yerli vaxtla səhər saat 8 radələrində katedralda yanğın başlayıb, saat 09:30-da yanğınsöndürənlər yanğını söndürüb, ancaq binadan qara tüstü çıxmağa davam edib.


Bildirilib ki, yanğının vurduğu ziyan böyük olacaq. Çünki binanın fasadı, xüsusən tüstüdən qaralmış vitraj şüşələrə ciddi ziyan görüb.


Qeyd edək ki, katedral 457 ilə - 1434-cü ildən 1891-ci ilə qədər olan dövrdə tam tikilib başa çatıb. BMFTV-nin məlumatına görə, bina ilk dəfə 1972-ci ildə yanıb, ardından bərpa işləri üçün üç il bağlı qalıb, ziyarətçilər üçün təkrar açılış isə 1985-ci ildə olub.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top