Aynur Camalqızına Prezident Administrasiyasında yüksək vəzifə verilir?

MARAQLI 15 iyl 2020, 17:22

Hamımızın yaxşı tanıdığı Aynur Camalqızının adı bu dəfə Prezident Administrasiyasının QHT ilə iş və kommunikasiya şöbəsinə yüksək vəzifəyə aparılmaqda hallanır. Belə məlumatlar dolaşır ki, xanım jurnalist yaxın vaxtlarda bu şöbədə məsul vəzifədə fəaliyyətə başlaya bilər. Xəbərin nə qədərə doğru olub-olmadığını deyə bilmərik, amma onun mediadakı fəaliyyəti diqqət çəkmiş olmalıdır ki, belə söhbətlər yayılıb. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz.


Hər-halda Aynur Camalqızı bu yerlərə elə belə gəlib çıxmayıb. Uzaq keçmiş deyil, media cameəsi yaxşı xatırlayır. 


İndi holdinq rəhbəri olan Aynur Camalqızı vaxtilə bu hakimiyyətin əleyhinə az külüng vurmayıb. Onun Prezident İlham Əliyev və mərhum Prezident Heydər Əliyev haqqında yazdıqları - söhbət təkcə müəllif yazısından yox, tənqid, hətta təhqirlə dolu yazılardan gedir, uzaq keçmiş deyil. Aynur Camalqızının dövlət başçısı haqqında adamın dilinə belə gətirmək istəmədiyi uydurmalarını yada salanda adamı dəhşət bürüyür. 


Amma di gəl ki, Aynur Camalqızı bütün bu yazdıqlarının üstündən xətt çəkdi və etdiyi səhvlərə görə üzr istədi. Kimisinə görə bu addım vəzifə və pul üçün atılıb, kimisinə görə düşərgə dəyişdirməkdir, biz bu haqda bir şey deyə bilmərik. Yalnız onu deyə bilərik ki, xanım jurnalist səhvinə görə üzr istəyəndən sonra səsi az sonra parlamentdən gəldi, bir çağırış müddətində qanunverici orqanda təmsil olunandan sonra media holdinqin rəhbəri kimi işə başladı. 


Adamın başının üzərində Allah var, Aynur Camalqızı hazırda iqtidar düşərgəsində ən fəal, özünü oda-közə vuran və tez-tez ittihamların hədəfinə tuş gələn jurnalistlərindəndir. Vaxtilə nə edibsə də, əsas odur ki, üstünə hücum çəkdikləri yəqin onu bağışlayıb.


İndi həmkarımızın adının Prezident Administrasiyasında yüksək vəzifəyə getməkdə hallanmasına bir həmkar kimi çox sevinirik. Məlumdur ki, Aynur Camalqızının bu gün adının belə bir məsələdə hallanması onun vaxtilə etdiklərinə görə üzr istəməsi və istər iqtidar, istərsə dövlət maraqlarının müdafiəsinə qoşulmasından qaynaqlanır. Biz də buna görə sevinir və deyirik ki, yalansa doğru olsun...

 

Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top