Ərdoğan: "Türkiyə Azərbaycana edilən hücuma əsla səssiz qalmayacaq" (VİDEO)

SİYASƏT 14 iyl 2020, 21:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətdə atəşkəsi kobud şəkildə pozmasını qınayıb. 


“HaberGlobal” xəbər verir ki, o, Türkiyənin bütün imkanları ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib. 


Ərdoğan Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan azərbaycanlı hərbçilərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. 


O, son hücumun Dağlıq Qarabağ istiqamətində deyil, münaqişədən kənar olan Tovuz rayonu istiqamətdə həyata keçirilməsi və ağır silahlardan istifadə edilməsini diqqətə çatdırıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top