Şəhidlərimizlə bağlı telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxardıblar — RƏSMİ

SOSİAL 13 iyl 2020, 17:28

Milli Televiziya və Radio Şurası bəyanat yayıb.

 
Demokrat.az xəbər verir ki, bəyanatda deyilir:

 
"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub, bir neçə hərbçisi isə yaralanıb. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilib.

 
Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib, yayımdan musiqili və əyləncəli verilişləri çıxarıblar. Pandemiya şəraitində yayımçıların əməkdaşlarının tam olaraq işə cəlb olunmamasını və texniki aspektləri nəzərə alaraq bəzi kanallarda isə bu proses növbəti gün həyata keçirilib.

 
Milli Televiziya və Radio Şurası olaraq, yayımçıların bu prosesə həssas reaksiyasını dəstəkləyir və onlara bir daha belə günlərdə daha operativ davranmağı tövsiyə edirik.

 
Allahdan Azərbaycan Ordusuna zəfər, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top