Şəhid baş leytenant Biləsuvarda dəfn edildi — YENİLƏNİB

SOSİAL 13 iyl 2020, 17:04

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu dəfn edilib.


“Report”un Muğan bürosu xəbər verir ki, şəhidin cənazəsi Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

***15:56

 

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndinə gətirilib.


“Report”un Muğan bürosu xəbər verir ki, hazırda şəhidlə evində vida mərasimi keçirilir. Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri və yerli sakinlər iştirak edir.


Vida mərasimində sonra şəhid kənd qəbiristanlığında dəfn ediləcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top