“Azəriqaz” qanunsuz cərimə yazır? — Hər əməkdaşa “3 sayğac” limiti

SOSİAL 11 iyl 2020, 14:50

“Azəriqaz” İstehsalat Birliyinin vətəndaşlara qanunsuz cərimə yazdığı iddia olunur.

 
Demokrat.az xəbər verir ki, bu iddia ilə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.


M.Qəhrəmanlı qeyd edib ki, Saatlı rayonunun Məmmədabad və Əliabad kəndlərində şənbə və bazar günləri yaşayış olmayan fərdi evlərdəki qaz sayğaclarına 216 manat cərimə yazılıb.


O bildirib ki, aktlar iş gününə, yəni cümə gününə qeydiyyata salınıb: “Adını itən təbii qazın bərpası qoyurlar. Hər nəzarətçiyə gündəlik ən azı 3 sayğac planı qoyulur. Yəni nəzarətçinin hər biri gündə 3 müdaxilə edilmiş sayğac qeyd etməlidir, akt tərtib olunmalıdır. Əks halda onları işdən azad edilmə gözləyir. Mənə göndərilən məlumatda qeyd olunub ki, Salyan Regional qaz istismar idarəsinin rəisi, İdarənin Saatlı xidmət sahəsinin rəisi tərəfindən verilib”.


“Azəriqaz” İB-dən bildirilib ki, bir tərəfli dəymiş ziyan yazılmır: “Əgər elə bir fakt varsa, təqdim etməyinizi xahiş edirik. Şikayət qəbul olunaraq, müsbət həlli üçün ən ciddi tədbir görüləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top