AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı — FOTO

SOSİAL 08 iyl 2020, 21:47

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.


Demokrat.az-ın məlumatına görə, bu barədə aparıcının özü məlumat verib.


O qeyd edib ki, artıq xeyli müddətdir evdədir. Müalicəm tam başa çatıb, analizlərin cavabları da gözəl çıxıb.


AzTv-dən bildirilib ki, AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti hazırda yaxşıdır. Onların hər biri ilə QSC tərəfindən əlaqə yaradılır, vəziyyətləri, səhhətləri ilə maraqlanılır, hər hansı ehtiyaclarının olub-olmadığı öyrənilir:


"Əməkdaşlarımızdan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top