Bu şəxslərə işsiz statusu verilmir — Nazirlik AÇIQLADI

SOSİAL 04 iyl 2020, 18:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara işsiz statusunun verilmədiyi halları açıqlayıb.


Demokrat.az xəbər verir ki, məşğul şəxslərə aid edilənlər və 15 yaşına çatmayan şəxslər işsiz kimi qeydiyyata alınmır. 


Bundan başqa, ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərə də bu status verilmir.


Göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər isə 6 ay müddətinə işsiz kimi qeydiyyata alınmırlar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top