"Xəstələrə peşəkar xidmət göstərilir" — Ramin Bayramlı

SOSİAL 03 iyl 2020, 19:06

“Bu gün xəstəxanalarda xəstələrə peşəkar xidmət göstərilir. Dövlət səhiyyə inkişafına kifayət qədər diqqət ayırır. Ölkədə yetərli sayda da peşəkar tibbi kadrlar var”.

 

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində vətəndaşların ölkənin səhiyyə sisteminə inanmamasına münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, fədakar həkimlərə təşəkkür etmək lazımdır:

 

“Harada qüsur varsa onu dediyinizə görə də minnətdarlığımızı bildiririk”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top