"Karantin rejimi öz nəticəsini verəcək" — Prezidentin köməkçisi

SİYASƏT 30 iyn 2020, 19:02

“Karantin rejiminin mahiyyəti insanlar arasında təmasların minimuma endirilməsidir. Bu da öz nəticəsini verəcək”.

 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təcrübədən yararlanır və öz qərarlarını qəbul edir: 

 

“Bu məsələdə vətəndaşlar və dövlətimiz arasında həmrəyliyin olması da çox vacibdir”. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top