Bakıda iş adamının evində yanğın oldu — FOTOLAR

HADİSƏ 30 iyn 2020, 09:35

Bu gün səhər saatlarında Bakıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.


“Report” xəbər verir ki, meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.


Yanğının qarşısı qısa müddət ərzində alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da evə maddi ziyan dəyib.


Qeyd edək ki, fərdi yaşayış evi “Azərsun Holdinq”in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin keçmiş müdiri, hazırda iş adamı olan Afiq Səfərova məxsusdur. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top