
Sosial şəbəkələrdə ginekoloq Afət Kərimovanın koronavirusa yoluxması və buna baxmayaraq, işə gəlib-getməsi barəsində məlumat yayılıb.
Həkim Afət Kərimova bununla bağlı Demokrat.az-a açıqlama verib.
O bildirib ki, sosial şəbəkələrdə onun haqqında yayılan məlumatlar əsassızdır.
Afət Kərimova qeyd edib ki, iyunun 26-da COVİD 19 testi verib və iyunun 27-də işə çıxmayıb. Evdə özünü izolyasiya edib.
Həkim sonda bunları vurğulayıb:
"Bu kimi davranışlar həkim adına kölgə salır, hansı ki, həkimlər hər zaman vətəndaşların sağlığının keşiyindədirlər".