Koronaviruslu xəstələrin yatdığı xəstəxanadan REPORTAJ — VİDEO

SOSİAL 26 iyn 2020, 23:43

Onlar üçün çətin mərhələ artıq geridə qaldı. Bir müddət əvvəl koronavirus diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilmişdilər. Ancaq həkimlərin müdaxiləsi ilə yenidən sağlamlıqlarına qovuşdular və bu gün evlərinə yola salındılar. Əməkdaşlarımız həmin vətəndaşların bəziləri ilə həmsöhbət olublar.


Kimisi bir həftə, kimisi isə 10 gün əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Vəziyyətləri isə orta ağır qiymətləndirilirdi. Bu gün isə sağlamlıqlarına qovuşaraq evlərinə yola salınıblar.


Onlardan bəziləri özləri də yoluxana qədər belə bir virusun mövcudluğuna inanmırdılar. 44 yaşlı Rəşad İsrafilov kimi.


Evinə buraxılan Hikmət Aslanov indiki sağlam durumuna görə həkimlərə minnətdar olduğunu deyir. Onun xəstəxanaya gətirildiyi vəziyyətindən indi əsər-əlamət qalmayıb.


Hikmət Aslanov könüllü donor olacağını da bildirir. Əgər onun qanı başqa bir koronaviruslu xəstənin sağalmasına kömək edəcəksə, təcrid müddəti qurtaran kimi mütləq gedib könüllü qan verəcək.


Onları müalicə edən infeksionist həkimlər deyirlər ki, onlar da virusa yoluxmaqdan qorxurlar, amma bu qorxu hissi onların peşə borcumuzdan üstün deyil. İnsanların sağalıb evə getdiklərini gördükdə isə sevincləri ikiqat olur.


İnfeksionist həkim İlhamə Şirinova mart ayından bəri ailəsini görmür. O da həmkarları kimi çox narahatdır, elə buna görə də vətəndaşları məsuliyyətli olmağa çağırır.


Artıq sağalıb evlərinə buraxılan vətəndaşlar minimum 28 gün ərzində sosial izolyasiya qayadalarına əməl etməlidirlər. Həkimlərin dediklərinə görə, bu, həm də yeni yoluxmaların qarşısını almaq üçün vacibdir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top