Çağatay tanınmaz dərəcədə dəyişdi — FOTOLAR

ŞOU-BİZNES 25 iyn 2020, 15:30

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy tanınmaz dərəcədə dəyişib.


Demokrat.az xəbər verir ki, sənətçinin çəkisi artıb, saç və saqqalını uzadıb.


Bodrumda sevgilisi Duygu Sarışınla balıq ovuna çıxan aktyor jurnalistlərə xarici görünüşü barədə danışaraq "məni bu halda kimsə tanımaz",- deyə bildirib.


Onun fərqli görünüşünün səbəbi də məlum olub. Belə ki, Ulusoy iyul ayında çəkilişlərinə start veriləcək "Barbaros Hayreddin Paşa" obrazını canlandırmaq üçün belə obraz yaradıb. Sözügedən ekran işi payızda TRT-də yayımlanacaq.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top