Deputat: “Paşinyan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edir, gah içir, gah oynayır...”

GÜNDƏM 14 iyn 2020, 09:42

"Dövlət başçısı İlham Əliyev Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəsini və əldə etdiyimiz uğurları hazırda bərbad vəziyyətdə olan işğalçı Ermənistanla müqayisə etdi. Ölkə rəhbəri vurğuladı ki, düşmən ölkə virusla qətiyyən baş edə bilmir, yoluxanların sayı Azərbaycandan qat-qat çoxdur. Artıq Ermənistan bir sıra xarici dövlətlərə yardım üçün müraciət edib. Düşmən ölkədə pandemiyanın yaratdığı acınacaqlı vəziyyət, çökmüş iqtisadi durum və insanların panika içində olması Rusiya və digər xarici KİV-lər vasitəsi ilə də gündəmə gətirilir. Hətta Ermənistan müxalifəti də hökumətin çarəsizliyini vurğulayaraq, Paşinyanı ciddi tənqid edirlər".

 

Demokrat.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.
 

Deputat belə ağır vəziyyətdə olan bir ölkə nəyə güvənərək hələ də cəbhədə təxribatlara əl atır, atəşkəsi və danışıqlar prosesini mütəmadi pozur, hətta yeri gələndə Azərbaycana “meydan oxuyur”?! Məgər düşmən ölkənin yarıtmaz rəhbərliyi Ermənistanın hərtərəfli uçuruma yuvarlandığının fərqində deyilmi sualına - bu, yüz illərdir davam edən və dərmanı, vaksini hələ də tapılmayan "erməni xəstəliyi"ndən, erməni şovinizmindən, erməni nifrətindən, erməni xislətindən qaynaqlanır, cavabını verib:
 

"Onlar elə bir bəlaya, elə bir virusa, elə bir sağalmaz xəstəliyə yoluxub və ya özlərini yoluxdurublar ki, hələ də onun cəngindən, əsatərindən qurtula bilmirlər. Odur ki, orada kim “Putin Əsəddən imtina etdi” – hamısı eyni xətti, eyni fitnəkar və eyni təxribatçı, nasist, faşist, rasist, terrorist siyasəti yeridir. Nasizmi, faşizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsində qaldırır, daha da gücləndirir. bu, onların "xəstəliyi"ndən, mahiyyətindən, "dəyərləri"ndən irəli gəlir. Bu səbəbdən, guya demokrat, yeni ruhlu, yeni düşüncəli, modern siyasətçi qiyafəsində və libasında hakimiyyətə gəldiyini iddia edən bədnam və sərsəm Nikol Paşinyan da qəddar hərbi xunta rejimin daşıyıcılarından, 20 və 21-ci əsrin hərbi canilərindən, koçaryanlardan, sarqsyanlardan, ohanyanlardan, digər yanlardan fərqlənmir və fərqlənmədi, əksinə, onlardan daha betər, daha avantürist biri kimi özünü çox qısa müddətdə həm ölkə, həm də dünya ictimaiyyətinə tanıtdı... 


Eyni ritorika, eyni üslub, eyni dəst-xətt... Dəyişən, dəyişəcək, heç nə yoxdur və görünmür... Paşinyan küçə, inqilab, çevriliş yolu ilə Qərbdəki "dayı"larına arxalanaraq, icrası mümkün olmayan fantastik, reallıqdan uzaq vədlərlə hakimiyyət gəlmişdi. Xunta rejimindən bezənlər də xilaskar kimi onu görmüş və qəbul etmişdilər. Ancaq cəmi bir neçə aydan sonra digər erməni siyasətçiləri kimi, bu başabəla siyasətçinin də onları aldatdığını, Paşinyanın da digərlərindən fərqlənmədiyini və fərqlənməyəcəyini gördülər, məyusluğa düçar oldular. Tez-tez ölkə daxilində olan lokal qarşıdurmalar da, kükrəyən qəzəb dalğası da məhz Paşinyana olan etimadsızlığın, nifrətin əlamətlərinin göstəricisidir”.
 

E. Səlimov bildirib ki, ona görə erməni rəhbərliyi üzərinə gələn və gələ biləcək dalğanı, böyük təlatümü, fırtınanı səngitmək, başqa istiqamətə yönləndirmək üçün mütəmadi olaraq, illərdir əllərdə cırıq-cırıq olmuş, çürümüş "Qarabağ kartı"ndan, Azərbaycana qarşı təhdid siyasətindən istifadə etməyə çalışır, eyni zamanda, Qarabağdan olan güclü rəqiblərini sıradan çıxarmaq yolunu tutur, onların timsalında böyük bir güclə qarşılaşmaması, siyasi səhnədən silinməməsi üçün həbs, terror taktikasından istifadə edir:
 

"O cümlədən, işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz, fitnəkar səfərlərini edir, gah içir, gah oynayır, gah da...Bununla itirilmiş, sarsılmış nüfuzunu bərpa, həm də ona nifrəti olan Qarabağ ermənilərinin dəstəyini, rəğbətini əldə edərək, hakimiyyət ömrünü uzatmaq, sürdürmək istəyir. Bir gün yalanların, quru, mənasız, sərsəm, boşboğaz, populist və yerinə yetirilməyən bəyanatların, vədlərin cavabını, hesabatını verməli olursan və olacaqsan. Bu, mütləqdir və birmənalıdır. Odur ki, pandemiya vəziyyəti ilə durumu daha da ağırlaşan, çıxılmaz dalana dirənən, uçuruma gedən Ermənistanın, ermənilərin yenidən başını qatmaq, onları aldatmaq üçün növbəti şoularını, növbəti maskaradlarını, növbəti fitnəkarlıqlarını teatrlaşdırmağa çalışır...”.
 

Deputat həmçinin qeyd edib ki, ölkə vətəndaşlarını çıxılmazlıqdan, iqtisadi fəlakətdən, getdikcə ağırlaşan güzərandan, koronavirus pandemiyasının cəngindən qurtarmaq əvəzinə, yenidən Azərbaycana dil uzadır, təhdidlər sovurur, ağzından və ağlından gələnləri ətrafa ifraz edir:
 

"Ancaq bunlar da işə yaramır, artıq işə keçmir. İnsanlar, ölkə vətəndaşları konkret addımlar gözləyir, uçurumdan, fəlakətdən qurtulmanın çıxış yollarının tapılmasını tələb edirlər. Paşinyan nə edir-edir etsin, ucuz şoularla, fintənkar və təxribatçı davranışları ilə nə özünü xilas edə biləcək, nə də dərin uçuruma sürüklədiyi Ermənistanı. Hər gün, hər saat onun və onların zərərinə, hər an, hər saniyə isə daim haqqın, ədalətin yanında olan Azərbaycanın xeyrinə işləyir. Avropa Parlamentinin son bəyanatı, 3 nüfuzlu şəxsin təxribatçı "magistral yol" layihəsi ilə bağlı Ermənistanın ifşasına yönəlik sərt mövqe sərgiləməsi də deyilənləri bir daha təsdiqləyir. Təsdiqləyir ki, artıq kimsə ermənilərin yalançı, saxta timsah göz yaşlarına inanmır, Ermənistanın gizlətməyə çalışdığı işğalçılıq və təcavüzkarlıq siyasətini artıq kimsə gözardı etmək, görməzdən gəlmək istəmir. Bu baxımdan, hələ də gec deyil, hələ də vaxt, zaman var, avantürist, xəstə düşüncəli erməni siyasətçiləri, başbilənləri öz fintəkar siyasətlərindən geri çəkilsinlər, işğalçı qoşunları Azərbaycan torpaqlarından çıxarsınlar, ədalətli sülhə razılaşsınlar. Yoxsa, gerçəkdən cavabları çox ağır, çox sarsıdıcı və öldürücü olacaq. O zaman onları kimsə xilas edə, qurtara da bilməyəcək".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top