Deputat: “Kimlərsə ölkəni qarışdırmağa start verib”

GÜNDƏM 13 iyn 2020, 12:32

“Demək ki, kimlərsə ölkəni qarışdırmağa start verib. Keçmiş Müdafiə naziri Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi də açıq-aşkar bunun təzahürüdür. Keçmiş olsun. Hadisə yerində kameralar olubsa, ictimaiyyətə dərhal açıqlanmalı, hadisəni törədənlərin kimliyi təsbit olunmalıdır”.

 
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 
“Ölkədə gərginlik yaradan hadisələrin ard-arda gəlməsi hər bir vətəndaşımızı daha diqqətli olmağa səsləyir. Hamılıqla baş verən bu təxribatların qarşısını almağa səfərbər olmalıyıq” – F.Mustafa qeyd edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top