Afətin “Gelandewagen”ini soyub, müğənnini ziyana saldılar — VİDEO

ŞOU-BİZNES 11 iyn 2020, 21:00

Dahi şairimiz İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı qoşub, oxuyan müğənni Afət Fərmanqızının lüks avtomobilini soyublar.

 

Oxu.Az xəbər verir ki, bunu sənətçi “Bu şəhərdə” yumor komandası ilə “Instagram”da canlı yayımda söhbət edərkən deyib.

 

Hadisənin iki gün öncə Sumqayıtda baş verdiyini bildirən A.Fərmanqızı tanımadığı şəxslər tərəfindən “Gelandewagen” markalı avtomobilinin qapısının sındırıldığını söyləyib:

 

“Dostlarıma həmişə deyirəm ki, maşında çanta qoymayın. Buna görə maşının şüşələrini sındırırlar. Amma özüm bu dediklərimə əməl etmədim. Sumqayıtda bir açılışa getmişdim. Çantanı qoydum maşının salonuna, düşündüm ki, tez reklam edib qayıdacağam. Məkanda olmağım 40 dəqiqə çəkdi. Avtomobilə əyləşəndə qapı qəribə gəldi. Düşündüm ki, istidən olub. Yol gedəndə qapı qəfildən açıldı, əlimlə tutdum. Yaxşı ki, yolda maşın yox idi, yoxsa qapını aparardı. Heç nə götürə bilməyiblər, amma 1 000 manat ziyana düşdüm. Polisə şikayət etmişəm, hələ xəbər yoxdur”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top