Etibar Pirverdiyevin ən yaxın adamı təqaüdə göndərildi — FOTO

GÜNDƏM 11 iyn 2020, 14:23

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev uzun illər qurumun baş mühəndisi işləmiş Həsən Həsənovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.


Demokrat.az xəbər verir ki, Baba Rzayev bu ilin yanvar ayında Həsən Həsənovu öz ərizəsi ilə vəzifəsindən azad edərək, baş mühəndisin müavini təyin etmişdi.


O, bir müddət bu vəzifədə çalışdıqdan sonra öz istəyi ilə təqaüdə göndərilib.


Bu barədə "MediaPost"a Həsən Həsənovun özü təsdiqləyib.


Qeyd edək ki, "Əməkdar mühəndis" adına layiq görülən Həsənov Həsən Bəşir oğlu uzun illər “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin dövründə bu qurumun baş mühəndisi vəzifəsində çalışıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top