Məhkəmə Qiyas İbrahimovla bağlı qərar verdi

SİYASƏT 10 iyn 2020, 18:26

Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsiliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

 

Demokrat.az “Report”a istinadən xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

 

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

 

Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top