"Qırmızı körpü"də gizirin öldüyü faciənin təfərrüatları - HADİSƏ YERİNDƏN VİDEO

HADİSƏ 04 sen 2018, 10:13

Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

 

"Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib.

 

Gürcüstana “bitum” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

 

İlkin ehtimala görə qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

 

Hadisə nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb.

 

Hazırda Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir", -deyə məlumatda bildirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top