Ermənistanda son sutkada 10 nəfər koronavirusdan öldü

DÜNYA 07 iyn 2020, 12:32

Ermənistanda koronavirusa yoluxanların sayı 13 130 nəfərə çatıb.


“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.


Qeyd edilir ki, son sutkada koronavirusa daha 766 yoluxma qeydə alınıb, COVID-19-dan 10 nəfər ölüb.


“Ermənistanda koronavirusa 13 130 yoluxma təsdiqlənib. 4 014 nəfər sağalıb. 200 nəfər ölüb,” –nazirlikdən bildirilib.


Hazırda 8 844 nəfər müalicə edilir. Ölkədə koronavirusa bağlı 69 171 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top