Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi — Koronavirus şübhəsi ilə...

ŞOU-BİZNES 27 may 2020, 15:36

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.


Demokrat.az xəbər verir ki, bu barədə saytımıza əməkdar artistin özü məlumat verib. 


O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:


“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.(unikal.org)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top