"KİVDF-nin verdiyi evə görə nə qədər jurnalist bir-biriylə düşmən oldu" — Arif Əliyev

SİYASƏT 06 may 2020, 21:16

"Jurnalistlərə ev verməkdənsə, onların pul qazanıb mənzil almasına şərait yaradılmalı idi".

 

Demokrat.az bildirir ki, bunu moderator.az-a açıqlamasında KİVDF-nin fəaliyyətini dəyərləndirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. 

 

Ekspertin sözlərinə görə, jurnalistlərin mənzil probleminin bu yolla həlli daha məntiqli və arzuedilən olardı:

 

“Mən bütövlükdə jurnalistlərə ev verməyin əleyhinəyəm, bu ayrı -seçkilik yaradır. Çünki kimlərəsə üstünlük verməyin axırı həmişə pis olur. Biz əvvəl gündən deyirdik ki, jurnalistlərə ev verməkdənsə, onların pul qazanıb özlərinə mənzil almasına şərait yaradılsın. Ona görə də bu cür üsullar heç vaxt təmiz ola bilməz. Sizin redaksiyada bəlkə də 10 nəfər jurnalist var ki, onların bu gün evə ehtiyacı var. Redaksiyalarda KİVDF-nin verdiyi evə görə nə qədər jurnalist bir-biriylə düşmən oldu”. 

 

Qeyd edək ki, bir neçə gün öncə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda jurnalistlərə üçün tikilən binalara görə yoxlamalara başlanılıb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top