Ziyafət Əsgərov yenidən rəhbər oldu

SİYASƏT 27 apr 2020, 19:59

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri bəlli olub.


Demokrat.az bildirir ki, bunu oxu.az-a Milli Məclisdəki mənbə bildirib.


Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sözügedən qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri olacaq.


Lakin nümayəndə heyətinin tam tərkibi açıqlanmayıb. Bildirilib ki, bu, yaxın günlərdə məlum olacaq.


Qeyd edək ki, Z.Əsgərov beşinci çağırış Milli Məclisdə də həmin vəzifəni icra edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top