Koronavirusun müalicəsində effektli 5 ÜSUL

SOSİAL 26 apr 2020, 20:55

Türkiyənin səhiyyə nazri Fəxrəddin Qoca koronavirsla mübarizədə effektiv üsullardan danışıb.

 
Demokrat.az
-ın xəbərinə görə, nazir ölkəsində koronavirusla mübarizənin uğurla aparıldığını bildirib. “Uğurumuzun 5 səbəbi var. Testdən sonra xlorokin-hidroksiklorokinə erkən başlayırıq, azithromisini başqa cür istifadə edirik, favipiravirdən çox yararlanırıq, güclü oksigen dəstəyi veririk və xəstənin vəziyyətini tez-tez dəyişirik. Bütün bunlar xəstələrin səhhətinə yaxşı təsir edir, müalicə zamanı effekt verir”-deyə, Qoca bildirib. Qeyd edək ki, xlorokin malyariya, favipiravir virus əleyhinə dərman, azitromisin isə antibiotikdir.

 
Epidemiyann yayıldığı gündən bu yana yoluxma sayının azaldığını vurğulayan nazir deyib ki, düzgün müalicə “korona”nı sağalda bilər: “Bəz ölkələrdə temperaturu, boğaz ağırısı olan hər kəsə “hərarəti salan dərman iç, evdə qal, istirahət et” deyirlr. Biz isə həmin şəxsləri xəstəxanaya apardıq, testdən keçirdik”.

 
Qeyd edək ki, Türkiyədə Covid-19 epidemiyası ilə əlaqədar 868.565 insan testdən keçirilib. 107.773 nəfərdə virus aşkarlanıb. 25.582 nəfər sağalıb, 2.706 şəxs vəfat edib. (Cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top