Azərbaycanda karantin qaydaları belə pozuldu — FOTOLAR

SOSİAL 23 apr 2020, 17:28

Koronavirus pandemiyası yayılandan sonra virusa qarşı qabaqlayıcı tədbirlər görən dövlətlərdən biri də Azərbaycan oldu. Məhz bunun nəticəsində də ölkədə virusa yoluxanların sayı az oldu. Doğrudur, bir sıra ölkələrdəki kimi sərt qaydalar tətbiq olunmadı, bununla bərabər atılan addımlar müsbət nəticə verir.


Demokrat.az xəbər verir ki, karantin qaydalarını pozanlarla bağlı cəza tədbirləri də ya qısamüddətli həbs, ya da pul cəriməsi ilə məhdudlaşır. Bu qaydaları pozan İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov isə prezident tərəfindən töhmət almaqla cəzalandırılmış oldu.


Amma son günlər bir sıra hallarda karantin qaydalarının kütləvi pozulması faktları da baş verməkdədir. “Yeni Sabah” bildirir ki, belə faktlardan biri bu gün Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Azərpoçtun filialının qarşısında baş verib. 


Təqdim etdiyimiz fotolardan da görünür ki, insanlar kütləvi halda poçt binasının qarşısına toplaşıb. Onların bəziləri adi tibbi maskalardan belə istifadə etməyib. Hətta Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş 2 metrlik məsafə belə gözlənilmir. 


Bu şəraiti yaratmağa məsul olan hüquq-mühafizə orqanlarının əməkdaşları isə heç bir müdaxilə etmir. Halbuki poçtun binasının yaxınlığıda avtomobilləri yoxlamaq üçün polislər və Daxili Qoşunların əsgərlərinin nəzarət etdiyi post qurulub.


Bütün dünyanın düzənini dəyişən pandemiyaya qarşı həm vətəndaşların, həm də aidiyyatı qurumların bu biganəliyi təəssüf doğurur.(yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top