Rusiyada deputat koronavirusdan öldü

DÜNYA 18 apr 2020, 15:52

Rusiyanın Moskva vilayəti Dumasının hakim Vahid Rusiya Partiyasından deputatı İvan Jukov koronavirusun qurbanı olub.


Demokrat.az xəbər verir ki, bunu Boqorodsk şəhər dairəsinin başçısı İqor Suxin “Vkontakte” sosial şəbəkəsində bildirib.


Məlumata görə, deputat 63 yaşında ölüb. O, 1997-ci ildən regional parlamentin üzvü olub.


Qeyd edək ki, rəsmi məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 36 793 nəfərdir. COVID-19 qurbanlarının sayı isə 300-ü ötüb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top