Filippin prezidenti hərbçilərə göstəriş verdi: “Karantinə əməl etməyənləri güllələyin” — VİDEO

TƏHLİL 02 apr 2020, 16:02

Filippin prezidenti Rodriqo Duterte ölkə əhalisinə müraciətində bildirib ki, koronavirusla əlaqədar tətbiq edilən karantin qaydalarına riayət etməyənlər ağır cəzalandırılacaq.


Demokrat.az xəbər verir ki, televiziya vasitəsilə əhaliyə müraciət edən prezident hərbçilərə səslənib:


“Əgər karantinə riayət etməyən şəxs həyatınıza təhlükə törədirsə, atəş açaraq onu öldürün”.


Qeyd edək ki, prezidentin sərt açıqlamasına səbəb ötən gün dövlətdən sosial yardım ala bilməyən filippinlilərin paytaxt Manilada etiraz aksiyası keçirməsi olub. Nümayişçilər polisin dağılışmaq əmrinə məhəl qoymayıblar.(oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top