"Mən sadə aparıcıyam" — Zaurdan Afətin ödəniş iddiasına REAKSİYA

ŞOU-BİZNES 14 mar 2020, 19:34

İfaçı Afət Fərmanqızı “Xəzər” televiziyasının efirinə çıxan müğənnilərdən ödəniş tələb olunduğunu iddia edib.


Demokrat.az xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində açıqlama yayıb. Məsələ ilə bağlı “Xəzər” televiziyasında “5-də 5” verilişinin aparıcısı Zaur Kamalla əlaqə saxladıq.


Aparıcı açıqlamasında bu suala cavab vermək üçün səlahiyyətinin olmadığını deyib.


“Mən sadə aparıcıyam. Bu barədə danışmaq üçün heç bir səlahiyyətim yoxdur. Rəhbərlik ilə əlaqə saxlayın ”,- deyə o, bildirib.


Qeyd edək ki, Fərmanqızı “İnstagram” səhifəsində “Xəzər” televiziyasına sərt ittihamlar ünvanlayaraq “Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım. Mənim ondan başqa üstün efirlərim var” sözlərini yazıb. (Ölkə.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top