Ermənistanda koronavirusa yoluxanların sayı artdı

DÜNYA 13 mar 2020, 23:58

Ermənistanda koronavirusa 2 yeni yoluxma faktı təsdiqlənib.


Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan sosial şəbəkə vasitəsilə elan edib.

 

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.

 

Daha 100 nəfər virus şübhəsi ilə əlaqədar karantinə alınıb.

 

Bundan başqa, Ermənistanda tədris müəssisələri martın 23-dək bağlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top