Namiq Qaraçuxurlu Azərbaycanı tərk etdi — Koronavirusdan qorxduğu üçün (FOTO)

ŞOU-BİZNES 12 mar 2020, 18:02

Bütün dünyanı qorxuya salan koronavirus təkcə adi insanları deyil, məşhurları da həyəcanlandırır. Hər gün məşhurlarla bağlı yazılan xəbərlərdə onların da bu virusdan qorunmaq üçün xüsusi tədbirlər gördüyünün şahidi oluruq. Koronavirusun həyəcanı meyxanaçı Namiq Qaraçuxurludan da yan ötməyib.

 

Demokrat.az Big.az-a istinadən xəbər verir ki, tanınmış meyxanaçı sosial media hesabında foto paylaşaraq diqqətləri özünə çəkib.

 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çəkdirdiyi fotoya "Gidiyorum bütün aşklar yürəyimdə falan deyil, boş söhbətdir. Sabahınız xeyir, virusdan, mirusdan, şirusdan uzaq olaq inşallah" şərhini yazması məşhurun virus həyəcanı yaşadığını hiss etdirib.

 

İzləyicilər fotonu bəyənərək şərhlər yazıblar. Şərhlərdə onun hara getməsi ilə bağlı suallar da yer alıb.

 

Sözügedən fotonu təqdim edirik:

 

Namiq Qaraçuxurlu Azərbaycanı tərk etdi- Koronavirusdan qorxduğu üçün (FOTO)

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top