Dünya

Berlində məktəblərdə namaz qılınmasına qadağa - Məhkəmə qərar verdi

Berlində məktəblərdə namaz qılınmasına qadağa - Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib.

Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləməni qanuni hesab edib. Məhkəmə dini azadlığa qoyulan məhdudiyyətlərə baxmayaraq, məktəbdə sülhün və asayişin qorunmasının prioritet olduğuna qərar verib. Ayrı-seçkilik əsasında qaldırılan iddianın rədd edilməsindən sonra qərardan yuxarı məhkəməyə şikayət veriləcəyi bildirilir.

Qeyd edək ki, qərar Berlindəki Diesterveq liseyində namaz qadağası ilə bağlıdır. Berlin İnzibati Məhkəməsinin 3-cü Dairəsi məktəb rəhbərliyinin şagirdlərin məktəb binasında və ya bağçasında nümayiş xarakterli və kollektiv halda dini ibadətlər etməsinə icazə vermək məcburiyyətində olmadığına qərar verib.

Məhkəmə qərarında bildirib ki, keçmişdə məktəbdə dini ayinlər səbəbi ilə ciddi fikir ayrılıqları yaranıb. Buna görə də qadağanın məktəb intizamını və şagirdlər arasında sülhü qorumaq məqsədi daşıdığı qənaətinə gəlib. (Oxu.Az)

NE
Nihadə Eyyubova