"Namizədlərin seçilməməsi ilə bağlı emosiyalarını təbii qəbul edirik" — MSK sədrinin müavini

SİYASƏT 15 fev 2020, 14:17

"Bəzi namizədlərin seçilməməsi ilə bağlı emosiyalarını ifadə etmələrini təbii qəbul edirik".

 

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

R. Qasımov bildirib ki, MSK hətta Mərkəzi Seçki Komissiyasının baxmalı olmadığı şikayətlərlə bağlı kifayət qədər iş görür: “Hüquqşünaslar və peşəkarlar yaxşı bilir ki, bir şikayətə iki komissiya tərəfindən baxıla bilməz. Namizədin şikayətinə birinci dairə seçki komissiyasında baxılmalıdır. Yalnız bundan sonra DSK-nın qərarından namizəd narazı qalarsa, MSK həmin şəxsin narazılığına baxacaq. Bunu bəzi namizədlər başa düşmür. Namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya ünvanladğı üçün MSK ilkin mərhələdə bu şikayətləri DSK-lara göndərir”. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top